Nazir Qubaya gedəcək

22:38 - 22 Yanvar 2018 - Xəbər

Kənd təsərrüfatı naziri Heydər Əsədov  26 yanvar 2018-ci il tarixində, saat 11:00-da Quba rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.  
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Quba  Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-205-25-75) müraciət edə bilərlər.  
 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər xətti