Ana səhifə
24 May 2018

Səudiyyə Ərəbistanında 90 şahzadə azadlığa çıxmaq üçün 100 milyard dollar ödəyib

Səudiyyə Ərəbistanında saxlanılan 90 şahzadə və milyarder ümumilikdə 100 milyard ABŞ dolları məbləğində pul ödəməyə razılaşıb və azadlığa çıxıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının müvafiq qurumları son aylar ərzində paytaxt Ər-Riyaddakı "Rits Karlton" hotelində saxlanılan şahzadə və milyarderlərlə danışıqları başa çatdırmaq üzrədir.

İndi 90 nəfər irəli sürülən şərtlərlə razılaşaraq azadlığa çıxıb, 5 nəfər isə təklif üzərində hələ düşünür. Ödəniş etmək istəməyənlər - belələri 90 nəfərdir - onlara qarşı irəlü sürülən ittihamla tanış olur və məhkəmə qarşısına çıxmaq riskini göz önünə alır.

Hoteldə otaqlar fevralın 14-dək rezervasiya olunub, lakin rəsmilər tutulanlarla danışıqların yanvarın sonuna qədər başa çatdırılmasının planlaşdırıldığını bildirir.

Saxlanılanlardan pul vəsaiti, daşınmaz əmlak və qiymətli kağızların rəsmi qaydada müsadirə edilməsi korrupsiyaya qarşı mübarizənin bir hissəsidir.
Korrupsiyaya qarşı mübarizə işi üzrə ümumilikdə, təqribən, 350 nəfər saxlanılıb.

Tarix
22 Yanvar 2018 [21:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin