Saatlıda polisi bıçaqlayan şəxsin kimliyi məlum olub

10:50 - 22 Yanvar 2018 - Xəbər

Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.
Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti