Qazaxıstanda hava dərs keçməyə imkan vermir

21:15 - 22 Yanvar 2018 - DÜNYA

Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblər bağlanıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, yanvarın 22-dən hava şəraiti kəskin pisləşib. Bu səbəbdən bütün məktəblərdə və kolleclərdə dərslər dayandırılıb.
 

Bir müddət əvvəl Akmola, Pavlador və Şimali Qazaxıstan vilayətlərində məktəblərin bağlandığı bildirilmişdi.
 

Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 11-də Astana vilayətində fövqəladə vəziyyət elan edilmişdi.

Xəbər xətti