Ana səhifə
24 Fevral 2018

Təhsil Nazirliyi məktəblilərin qış tətili ilə bağlı: Fevralın 1-dən dərslər başlayır

Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.
 

"Ucnoqta.az" xəbər veirir ki,  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
 

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.

Tarix
22 Yanvar 2018 [10:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ