İki gündə cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

19:27 - 22 Yanvar 2018 - Xəbər

Yanvarın 20-dən 22-dək Azərbaycanın daxili işlər orqanları tərəfindən 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Xəbər xətti