"Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edilib

09:44 - 22 Yanvar 2018 - DÜNYA

Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.
 

"Ucnoqta.az" Trend-iə istinadən bildirir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.
 

Məlumata görə, əməliyyatlar davam etdirilir.
 

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.
 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.

Xəbər xətti