Çin Azərbaycan ərazisindən Avropaya yük daşımalarını artırıb

23:24 - 21 Yanvar 2018 - Xəbər

Çinin Sintszyan-Uyğur muxtar rayonunun Urumçi şəhəri Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, mühəndis avadanlıqları və digər mallarla yüklənmiş qatar ötən gün Urumçidən yola düşüb.
 

Qeyd olunur ki, "Şərq-Qərb" dəhlizi ilə Avropaya yükü çatdırmalı olan qatar Qazaxıstanın limanında dayanacaq, daha sonra yük dəniz yolu ilə Bakıya, buradan da Avropaya çatdırılacaq.
 

Marşrutun ümumi uzunluğu 4 186 kilometr təşkil edir. Çindən Avropaya yüklər 8 günə çatdırılacaq.

 

Qeyd edək ki, 2018-ci ildə Urumçidən Avropaya 1400 yük qatarının yola salınacağı planlaşdırılır. "Şərq-Qərb" Nəqliyyat Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.

Xəbər xətti