Ana səhifə
16 Noyabr 2018

Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

Çexiya parlamentinin aşağı palatası son parlament seçkilərində qalib gələn baş nazir, ANO Hərəkatının lideri Andrey Babiş və onun ANO-da birinci müavini Yaroslav Faltinekin deputat toxunulmazlığını ləğv edib.

 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə "Radio Praha" məlumat yayıb.

 

Parlamentdə 180 deputatdan 111-i bu qərarın lehinə, ANO Hərəkatının 69 deputatı isə bunun əleyhinə səs verib.

 

A. Babiş və müavini Avropa İttifaqının ayırdığı aqrokreditin bölgüsündə fırıldağa yol verməkdə ittiham olunur. A. Babiş isə ittihamı rədd edir, bu prosesin onun siyasi səhnədən uzaqlaşdırılması üçün siyasiləşdirildiyini bildirir.

Tarix
21 Yanvar 2018 [22:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin