Ana səhifə
24 Fevral 2018

“Taliban” terrorçuları Kabildə otelə hücum edib — 12 ölü

Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə “İntercontinental Hotel” mehmanxanasına hücum edən silahlıları zərərsizləşdirib.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə "TOLO News" telekanalına Əfqanıstan Daxili İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata görə, hücum zamanı baş verən partlayış nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb. Hazırda yanğınsöndürənlər mehmanxananın bir qismini əhatə edən yanğının söndürülməsinə cəlb edilib.

 

Bundan əvvəl  mehmanxanaya hücum nəticəsində 5 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.

Hücuma görə məsuliyyəti “Taliban” radikal hərəkatı öz üzərinə götürüb.

Tarix
21 Yanvar 2018 [20:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ