Ana səhifə
24 Sentyabr 2018

Müstəqillik günü Rusiyada da qeyd olunacaq

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir çox regionlarında diaspor təşkilatlarımız tərəfindən qeyd olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ryazan regional bölməsində bununla əlaqədar hazırlıq işləri görülür. Təşkilat oktyabrın 17-də Ryazan şəhərində əlamətdar günə həsr olunan müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Tədbirlər çərçivəsində ÜAK Ryazan regional bölməsinin mərkəzi ofisinin açılışı da olacaq.
Bayram tədbirlərində Ryazan vilayət qubernatorunun, Dumanın və yerli hökumət nümayəndələrinin, ictimai təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Həmçinin Azərbaycan və digər xalqların diaspor təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri də tədbirlərə qatılacaqlar.

Tarix
9 Oktyabr 2014 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin