Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian BMT-ni təcili toplantıya çağırıb.
"Ucnoqta.az"-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, XİN rəhbəri Əl-Cəzirədə keçirdiyi Qərbi Aralıq dənizi ölkələrinin Xarici işlər nazirlərinin görüşündən sonar jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrə görə narahat olduğunu bildirib.
“Fransa Suriyadakı vəziyyətdən və bunun getdikcə pisləşməsindən çox narahatdır. Ölkədə insanların durumunu müzakirə etmək üçün BMT-ni təcili toplantıya çağıracağıq”, - deyə Drian söyləyib.