Çexiyanın baş naziri deputat toxunulmazlığından məhrum edilib

17:37 - 19 Yanvar 2018 - DÜNYA

Çexiya parlamenti ölkənin baş nazir Andrey Babişi deputat toxunulmazlığından məhrum edib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, onun silahdaşı Yaroslav Faltınekin də toxunulmazlığı əlindən alınıb.

Çexiya polisi hər iki siyasətçini fırıldaqçılıqda şübhəli bilir.

2015-ci ildən etibarən davam edən istintaq A.Babişin şirkətinin Avropa İttifaqının iki milyon avro məbləğindəki subsidiyasını alması ilə bağlıdır.

Xəbər xətti