Ana səhifə
23 Sentyabr 2018

Moskvada 20 Yanvar faciəsinin qurbanları anılıb

 "Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq".

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qanlı Yanvar" hadisələrinin 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir SSRİ-nin dağılması prosesinin məhz elə 1990-cı ilin yanvar hadisələrindən, hökumətin dövlətin öz vətəndaşlarının üzərinə tank sürdürməsindən sonra başladığını qeyd edib: "O zaman millət milli qürurun qalib gəlməsi istəyi ilə birləşmişdi. Azərbaycanlıların partiya biletlərini kisələrdə gətirib küçənin ortasında yandırdıqlarını yaxşı xatırlayıram".

O həmçinin Azərbaycan səfirliyinin binasının əbədi olaraq bu faciə ilə əlaqəli olduğunu xatırladıb: "1990-cı il yanvarın 21-də Heydər Əliyev bu binaya gələrək törədilən hadisənin cinayət olduğunu deməkdən çəkinməyib. Bu, həmin bədxah addıma ilk siyasi qiymət idi. Ölkənin bütün ideoloji sistemini ittiham etmək böyük cəsarət tələb edirdi".

Onun fikrincə, Azərbaycan xalqı var olduqca həmişə şəhidlərini xatırlayacaq: "Azərbaycan bü gün dünyanın hesablaşdığı suveren dövlətdir. Bu, Azərbaycan xalqına qarşı əl qaldırmağa cəsarət edən təcavüzkarlara ən yaxşı cavabdır".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinə gələn Azərbaycan diasporunun üzvləri, Moskva ziyalılarının nümayəndələri və Rusiya akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları faciə qurbanlarının xatirəsinə gül dəstələri və gül çələngləri qoyublar.
Yanvar şəhidlərinin ruhuna ehsan verilib.

Tarix
19 Yanvar 2018 [17:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin