Azərbaycanın şəhid olan əsgəri Neftçalada dəfn ediləcək

17:07 - 19 Yanvar 2018 - Xəbər

 Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, dəfn məsrasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O,  2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 

Xəbər xətti