Talıb Tale böyük konsert proqramı ilə çıxış edəcək - VİDEO

15:24 - 19 Yanvar 2018 - MAQAZİN

14 fevral saat: 20:00 da, Heydər Əliyev adına sarayda, Talıb Tale-dən canlı solo konsert. Müğənni Talıb Tale ilk dəfə olaraq, Bakıda böyük konsert proqramı ilə çıxış edəcək. Müğənni bu konsertin uzun zamandır arzusunda olduğunu bildirib: "Bu sənətə gələndə böyük bir arzum olub ki, Heydər Əliyev sarayında canlı konsertim olsun. Artıq o arzumun bir addımlığındayam. Əlbətdəki sizin sayənizdə əzizlərim. On illik yaradıcılıq dövrüm ərzində mahnılarımı dinləyib, mənəvi zövq tapa bilən hər kəsi bu konsertimə dəvət edirəm. Əlbətdə ki, imkan daxlində." - deyə Talıb Tale bildirib. Biletlərin qiyməti 10 manatdan 90 manata qədər olmaqla, artıq bütün mərkəzi kassalarda satışdadır. Həmçinin biletləri "online" əldə etmək istəyənlər, İticket.az saytına müraciət edə bilərlər.

Konsert, 14 fevral saat: 20:00 da Heydər Əliyev adına sarayda baş tutacaq.

Ətraflı məlumat: (055) 288-11-27

Xəbər xətti