Ana səhifə
15 Noyabr 2018

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzaladı

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2018-ci il üçün birgə tədbirlər planı imzalanıb.

"Ucnoqta.az" Nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Ombudsman təsisatı və hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, eləcə də insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə bir sıra görüşlər keçiriləcəkdir.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və Ombudsman Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə təşkil olunacaq tədbirlərdə bir çox məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.

Tarix
19 Yanvar 2018 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin