Ana səhifə
19 Oktyabr 2018

“Hamının şansı bərabərdir” - Borisov

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının təcrübəli oyunçu Vitali Borisovun iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli futzalçı qrupda bütün komandaların şanslarının bərabəer olduğunu deyib:
 
"Komandanın məşqlərinə 3 gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”.

Tarix
19 Yanvar 2018 [13:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin