Məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri dövlətimizin nüfuzunu artırır

18:17 - 19 Yanvar 2018 - KİVDF

İslahatlar ölkəmizin demokratik imicini möhkəmləndirir

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulub, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilib, beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar o cümlədən, Konstitusiya Məhkəməsi haqqında, Məhkəmələr və Hakimlər haqqında, Prokurorluq haqqında, Polis haqqında Azərbaycan Respublikasının Qanunları, Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük və sair  Məcəllələr qəbul edilib.

Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti orqanı Konstitusiya Məhkəməsi yaradılib. Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. 

Hüquqi dövlət quruculuğunda mühüm qanunlardan biri də “Məhkəmələr və Hakimlər haqqında” Qanundur. Bu qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsi ilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsipləri müəyyən edilib. 
Azərbaycanın qısa müddət ərzində bir çox Avropa  Konvensiyalarına, o cümlədən 15 aprel 2002-ci ildə isə “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişafı istiqamətində yeni mərhələ olub. 
Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildə qədirbilən xalqımız tərəfindən ölkə Prezidenti seçilməsi ilə müstəqil Azərbaycan dövlətinin inkişafı yeni mərhələyə qədəm qoyub. 2004-cü ilin dekabr ayından etibarən məhkəmə-hüquq islahatlarının ikinci mərhələsi başlanıb. Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə «Məhkəmə-Hüquq Şurası haqqında» Qanun qəbul olunub, «Məhkəmələr və hakimlər haqqında» Qanuna əsaslı dəyişikliklər edilib.  Hüquqşünas Xəqani Tağıyev bildirib ki, ölkəmizdə məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçməsində Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli fərmanının  müstəsna əhəmiyyəti olub. “Fərmanın icrası məqsədilə regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional məhkəmələr yaradılıb, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, vətəndaşların məhkəmələrə inamının təmin edilməsi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin maddi-texniki təminatının gücləndirilməsi, məhkəmə aparatlarının strukturunun və işinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülüb. Ümumiyyətlə, son illərdə Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında 20-dək yeni məhkəmə yaradılıb, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq hər bir hakimə köməkçi ştatı ayrılıb. Bu islahatların tərəqqisini görən nüfuzlu beynəlxalq təşkilatların və maliyyə qurumlarının Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki tədbirlərə dəstək təşəbbüsünü də qeyd etmək lazımdır”. Onun sözlərinə görə,  hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan və demokratik əsaslarla formalaşdırılan Məhkəmə-Hüquq Şurası ölkəmizdə məhkəmə sisteminin təşkilini təmin edir, vakant hakim vəzifələrinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edir. 

Onun sözlərinə görə, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin ilkin və davamlı tədrisinə, peşəkarlıq səviyyələrinin yüksəldilməsinə Məhkəmə-Hüquq Şurası tərəfindən mühüm əhəmiyyət verilir. “Bu işin vacibliyi nəzərə alınaraq şuranın nəzdində yüksək məhkəmə hakimlərindən ibarət “Hakimlərin və dövlət ittihamçılarının tədris sektoru” yaradılıb. Hakim korpusunun peşəkarlığının və hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılaraq nüfuzlu beynəlxalq təşkilatlar və hüquq təsisatları ilə işgüzar əlaqələr qurulmaqla silsilə xarakterli treninq və kurslar, davamlı tədris tədbirləri təşkil olunur.
Ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tövsiyələrinin icrası da Məhkəmə-Hüquq Şurası tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə keçirilən tədbirlərə Avropa İnsan Hüquqları Məhkəməsi hakimlərinin dəvət olunması ənənə halını almışdır. Belə tədbirlərin keçirilməsində Ədliyyə Akademiyası ilə Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyalarının qarşılıqlı əməkdaşlığı da öz bəhrəsini verir”.
Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində son vaxtlarda reallaşan ən mühüm yenilik isə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Bu ən mütərəqqi sistemin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndərilir, ifadələr elektron daşıyıcılara qeyd olunur. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə elektron poçt vasitəsilə göndərilir və qəbul edilir. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edir. Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biridir.  Onun nsöğzlərinə görə. Məhkəmə-Hüquq Şurasının işinin əsas istiqamətlərindən biri də hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, məsuliyyət hissinin və onlara qarşı tələbkarlığın artırılması, yol verilmiş nöqsanların və hüquq pozuntularının aradan qaldırılmasıdır. Bu məsələyə şura tərəfindən prinsipial yanaşmanın nəticəsidir ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində və kobud pozuntulara yol verdiklərinə görə 70-dən çox hakimin fəaliyyətinə xitam verilib.

Məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri şübhəsiz ki, dövlətimizin nüfuzunu artırır, onun demokratik imicini möhkəmləndirir. Son vaxtlar Bakıda məhkəmə fəaliyyətinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, ədliyyə fəaliyyəti ilə bağlı Avropa Şurasının və ölkəmizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, Dünya Bankı ilə ədliyyə sahəsində növbəti layihənin imzalanması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun nə dərəcədə artdığını təsdiq edir. Mükəmməl qanunvericilik bazasının  yaradılması, hakimlərin ən şəffaf seçimi qaydasının təsbit edilməsi, yeni məhkəmələrin təsis olunması, infrastrukturun müasirləşdirilməsi, elekton məhkəmənin tətbiqinə başlanması və digər mütərəqqi yeniliklər beynəlxalq hüquq əməkdaşlığı sahəsində ölkəmizin nümunəvi tərəfdaş kimi tanınmasına səbəb olub.
Xəqani Tağıyev bildirib ki, bu gün Azərbaycanda məhkəmə-hüquq islahatları elə bir səviyyəyə yüksəlib ki, vaxtilə beynəlxalq təcrübədən uğurla bəhrələnməklə öyündüyümüz kimi, artıq ölkəmiz özü bu sahədə başqalarına, hətta qabaqcıl Avropa dövlətlərinə nümunə çəkilir, Azərbaycan təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən örnək kimi qiymətləndirilir. Məhkəmə hakimiyyəti cəmiyyətimizlə birgə inkişaf edir və müasirləşir. Bütün bu nailiyyətlərin qazanılmasında ədliyyə naziri, hörmətli Fikrət Məmmədovun rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurasının layiqli payı vardır. “Şübhəsiz ki, bütün sahələrdə olduğu kimi, ölkəmizin məhkəmə hakimiyyətinin möhkəmlənməsi və müasirləşməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması bilavasitə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsləri, siyasi iradəsi, qətiyyəti, tələbkarlığı və eləcə də bu sahədə çalışanlara qayğısı sayəsində təmin olunur”.

 

Xəbər xətti