Sarkisyan gedir, Sarkisyan gəlir — Yeni namizədin adı bəlli oldu

12:53 - 19 Yanvar 2018 - DÜNYA

Ermənistan prezidenti Serj Sərkisyan keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasının namizədinin adını açıqlayıb.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, söhbət keçmiş baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyandan gedir.

 

Tərəflərin görüşü dünən prezident iqamətgahında baş tutub.
 

Sərkisyan "Knightsbridge Group" şirkətinin sahibidir. Qrupa energetika, neft-qaz sahəsində çalışan 15-dən çox şirkət daxildir. Şirkətlər Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda fəaliyyət göstərir.

 

Ermənistan prezidentinin səlahiyyətləri 9 apre tarixində başa çatacaq. Yeni prezidenti isə Ermənistan parlamenti seçəcək. Prezidentin səlahiyyət müddəti 7 il olacaq.

 

Ehtimal edilir ki, seçkilər 2 mart tarixində keçirilə bilər.

Xəbər xətti