Ana səhifə
15 Noyabr 2018

İşlənmiş təkərlərin gömrük rüsumlarının artırılmasına - Rəsmi cavab

Gömrük Komitəsi işlənmiş təkərlərin gömrük rüsumlarının artırılması ilə bağlı xəbərlərə də münasibət bildirib.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki,  Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev qeyd edib ki, artım Nazirlər Kabinetinin qərarı ilə olub:

"Malların 57 faizinin qiyməti dəyişilməyib. Dəyişdirilən rüsumlardan sadəcə 7 faizinin qiyməti qaldırılıb. İşlənmiş təkərlərin rüsumu 3 dollar idi, yanvarın 1-dən 10 dollar olub. Bu da nəqliyyat vasitələrinin və vətəndaşların təhlükəsizliyi üçün hökümət tərəfindən atılan addımdır. Təkərlərin gətirilməsinə heç bir məhdudiyyət yoxdur. Məqsəd budur ki, işlənmiş təkərlər dövriyyədən çıxarılsın, insanlar təhlükəsiz olan yeni təkərlərdən istifadə etsinlər".

 

DGK-nin sədri Aydın Əliyev isə artımla bağlı yaranan narazılıqlara münasibət bildirib:

"Mən 40 ildir dövlət qurumlarında işləyirəm və bu sualı gözlədiyim üçün sənədlərlə gəlmişəm. Maraqlıdır ki, noyabrda qərar qəbul edilib, 37 gündən sonra qüvvəyə minib. Noyabrda heç kim etiraz etmirdi, indi Prezident Administrasiyasının qarşısına toplaşıb elə deyirlər ki,  sanki bunu gömrük edib. Bu qərarı hökümət qəbul edib. O adamları da kimlərsə toplayıb ora aparır. Təxminən 100 nəfər də komitənin qabağına toplaşmışdı, onlardan kim olduqlarını soruşduq. Cəmi 11 nəfər sənəd verdi, 89-u qaçdı. Bu aksiyaları ictimai asayişin kobud şəkildə pozulması kimi qiymətləndirirəm".

Tarix
19 Yanvar 2018 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin