Ana səhifə
18 Avqust 2018

İordaniyadan rəsmi açıqlama: "İsrail üzr istədi"

İordaniya hökumətinin mətbuat katibi Məhəmməd Əl Momani İsrail dövlətinin üzr istədiyini bildirib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Ammandakı səfirlikdə 2 iordaniyalının qətlə yetirilməsinə görə İsrail İordaniyadan rəsmi şəkildə üzr istəyib.
 

Momani İsrail xarici işlər nazirliyinin hadisəyə görə kədərləndiklərini və peşmançılıqlarını əks etdirən bir memorandum göndərdiyini bildirib. Bununla yanaşı, İsrail məsələ ilə bağlı qanuni addımlar atacaq.
 

Qeyd edək ki, 2017-ci ilin iyul ayında İsrail polisi ilə səfirlik binasına mebel yığmaq üçün gələn 2 iordaniyalı usta arasında mübahisə düşmüşdü. Dülgər polisi əlindəki alətlə yaralamışdı. Bu zaman polis atəş açaraq dülgəri və binanın sahibini vurmuşdu. Hər iki şəxs xəstəxanada dünyasını dəyişib.

Tarix
19 Yanvar 2018 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin