İrana qarşı sanksiyalar təkrarlana bilər - Yeni sənəd artıq ABŞ konqresində

22:28 - 19 Yanvar 2018 - DÜNYA

20 "respublikaçı-konqresmen" tərəfindən ABŞ-ın Nümayəndələr Palatasına İrana qarşı sanksiyaların təkrar tətbiq edlməsi barədə yeni qanun layihəsi müzakirə üçün təqdim edilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə İllinoys ştatından Aşağı Palataya nümayəndə seçilmiş Piter Roskam xəbər verib.
 

Yeni qanun layihəsinin mətninə əsasən, İran ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi istiqamətində işləri davam etdirəcəyi təqdirdə, ilk dəfə 2016-cı ilin yanvarında dayandırılan sanksiya tədbirləri yenidən qüvvəyə minəcək.
 

Eləcə də İran nüvə və hərbi obyektlədə planlaşdırılmamış yoxlamalar da daxil olmaqla beynəlxalq yoxlamalara mane olacağı təqdirdə sanksiyalar qüvvəyə minə bilər.

Xəbər xətti