Ana səhifə
17 Avqust 2018

20 Yanvar faciəsi Efiopiyada yad edilib - FOTO

Efiopiyanın mötəbər təhsil ocaqlarından biri hesab olunan Milli Liderlik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq, “Müstəqilliyə gedən yol, Qanlı Yanvar” mövzusunda açıq mühazirə təşkil olunub.
 

"Ucnoqta.az" Azərbaycanın Efiopiyadakı səfirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, mühazirədə adıçəkilən İnstitutun müəllim və tələbə heyəti, o cümlədən yerli media nümayəndələri iştirak ediblər.
 

Mühazirədə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev 20 Yanvar gününün Azərbaycan xalqının tarixində şanlı səhifə olduğunu və hər bir azərbaycanlının bu günü qürur hissi ilə yad etdiyini mühazirə iştirakçılarına bildirib. Səfir bu qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, dünya ictimaiyyəti qarşısında öz kəskin etiraz səsini ucaltdığını və SSRİ rəhbərliyinin onun xalqına qarşı cinayət törətdiyini bəyan etdiyini iştirakçıların diqqətinə çatdırıb.
 

Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan xalqının yanında olduğunu qeyd edən səfir E.Abdullayev ümummill liderin müdrik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, ölkəmizin inkişaf etdiyini və dünyanın diqqət mərkəzinə çevrildiyini vurğulayıb.
 

E.Abdullayev bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada artıq öz yüksək standartları ilə tanındığını və bütün sahələrdə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini bildirib. Sürətlə inkişaf edən Azərbaycanın müasirlik və tolerantlıq diyarı olduğunu, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və dünyanın bütün yerlərindən milyonlarla insanın ölkəmizi ziyarət etdiyini qeyd edən səfir ölkə başçısı İlham Əliyevin müasir, güclü və müstəqil Azərbaycanın quruculuğunda və parlaq gələcəyinin təmin olunmasında gənclərimizin rolunu yüksək qiymətləndirdiyini, onlara hər zaman yüksək diqqət və xüsusi qayğı göstərdiyini, insan kapitalının inkişafı və savadlı gənclərin yetişdirilməsi üçün strateji, uzunmüddətli və davamlı addımlar atdığını efiopiyalı gənclərin diqqətinə çatdırıb.
 

E.Abdullayev minlərlə afrikalı tələbəni yetişdirən və onlara müxtəlif sahələrdə təhsil verən Azərbaycanın bu gün də dünya ictimaiyyəti ilə öz yüksək standartları ilə bölüşməyə hazır olduğunu qeyd edib. O, Azərbaycanın Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etməsi üçün məhz “Insan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunu seçdiyini vurğulayıb. Bu il Afrika İttifaqının “Gənclərə Sərmayə Qoyulması” mövsusu olduğunu nəzərə alaraq, təhsilin inkişafında və gənclərin yetişdirilməsində Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığa hazır olduğunu bildirib. Tədbirin sonunda səfir E.Abdullayev 20 Yanvar faciəsi ilə bağlı yerli mətbuat nümayəndələrinə müsahibə verib.

Tarix
19 Yanvar 2018 [22:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin