Ana səhifə
20 Oktyabr 2018

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək

Ermənistan prezidenti Serj Sarkisyan bu gün prezidentliyə namizədinin adını açıqlayacaq.

"Ucnoqta.az"-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, bu haqda ölkə parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.
 
Onun sözlərinə görə, hakim “Respublika” Partiyasında prezidentliyə namizədlərin məsələsi müzakirə edilib.
 
“Martın əvvəllərində parlament 4-cü prezidenti seçəcək. Biz bir namizədin məsələsini müzakirə etdik. Hesab edirik ki, o, ən yaxşı şəkildə Ermənistanı dünyaya tanıdacaq. Bu namizəd böyük iş təcrübəsinə malikdir, intellektual qabiliyyəti yüksəkdir, diasporda və Ermənistanda müsbət reputasiyaya malikdir”-deyə Şarmazanov bildirib.
 
Yerli mətbuatın yazdığına görə, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim partiyanın prezidentliyə namizədi olacaq.
 
Xatırladaq ki, S.Sarkisyanın səlahiyyətləri aprelin 9-da başa çatacaq. Yeni konstitusiyaya əsasən, Ermənistanın yeni prezidenti parlament tərəfindən seçiləcək.

Tarix
19 Yanvar 2018 [10:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin