Şamaxıda çobanın güllələnərək öldürülməsinin təfərrüatı - YENİLƏNİB

10:26 - 19 Yanvar 2018 - HADİSƏ

 Şamaxı rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Xəbər xətti