Türkiyədə fövqəladə vəziyyət yenə uzadılıb

20:12 - 19 Yanvar 2018 - Xəbər

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ötən gün Milli Təhlükəsizlik Şurası fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılmasını tövsiyə edib. Milli Təhlükəsizlik Şurası iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçib.
 

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Xəbər xətti