Ötən gün baş verən cinayətlərin statistikası açıqlanıb

18:20 - 19 Yanvar 2018 - Xəbər

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Xəbər xətti