Ticarət mərkəzində yanğın - Sahibkar dükanda yandı

09:47 - 19 Yanvar 2018 - HADİSƏ

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsada da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.
 

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti