Ötən il Azərbaycanda 16 körpü tikilib

17:34 - 18 Yanvar 2018 - Xəbər

2017-ci ildə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 15 ədəd, həmçinin Bakı şəhərində Pirallahı qəsəbəsini sahillə birləşdirən 422 m uzunluğunda yeni körpü tikilib, 9-u isə təmir edilib.
 

"Ucnoqta.az" Agentlikdən Trend-ə verilən məlumata istinadən bildirir ki, hesabat ilində ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 15 ədəd yerüstü və yeraltı piyada keçidi tikilərək istismara verilib.
 

Bunlardan 10 yerüstü piyada keçidi M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 yerüstü keçidi M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və 1 yeraltı piyada keçidi Zaqatala şəhərində, 2 yeraltı keçid isə Bakı şəhərində Hüseyn Cavid və Nobel prospektlərində tikilərək əhalinin istifadəsinə verilib.

Xəbər xətti