Ana səhifə
16 Noyabr 2018

Hakimiyyət Obamaya “yox” dedi

ABŞ-ın Havay ştatının Qonoqulu Şəhər Şurasının üzvləri məşhur Sandy Beach Park çimərliyinin adının dəyişdirilərək Prezident Barak Obamanın şərəfinə adlandırılması haqqında təklifi geri götürüblər. Trend-in məlumatına görə, bu barədə xarici KİV xəbər yayıb.

Beləliklə, çimərliyin əvvəlki adı saxlanılın. Çimərliyin adının dəyişdirilməsinin əleydarı olan yerli sakinlər bildiriblər: "Bu çimərliklə çoxlu sayda tarixi və mədəni hadisələr bağlıdır, bununla zarafat etməyə dəyməz".

Havay televiziyasının keçirdiyi sorğu 1100 şərh alıb ki, onların 90 faizi mənfi olub. Ümumilikdə, yerli sakinlər çimərliyin adının dəyişdirilməsinin əleyhinə olublar. Çünki bu, çoxlu turist və avaranı cəlb edə və çimərlikdə təhlükəsizliyinə problemlər yarada bilərdi.

Başqa ştat və bələdiyyələrin məktəbləri və yolları artıq Obamanın adını daşıdığı halda Havay adalarında hələ bunu etməyə hazırlaşmırlar. İtaliya nəşrlərindən birində dərc edilən məqalədə deyilir ki, bu, son aylar prezidentin məşhurluğunun azalması ilə bağlı ola bilər.

Bundan əvvəl xəbər verilmişdi ki, Qonoqulu Şəhər Şurası boduselfinq həvəskarları arasında populyar olan Sandy Beach Park çimərliyinin adının BŞ prezidenti Barak Obamanın şərəfinə dəyişdirilməsini təklif edib. KİV-in məlumatına görə, Barak Obama bu idman növünün böyük azarkeşidir. Bundan başqa, Havay ştatı Prezidentin ikinci vətənidir.

Tarix
9 Oktyabr 2014 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin