"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzadıb

15:24 - 18 Yanvar 2018 - İDMAN

İspaniya "Barselona"sının futbolçusu Xerard Pike klubla müqavilə müddətini uzadıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, yeni anlaşma 30 iyun 2022-ci ilədək nəzərdə tutulub.

Bu müddətdə Pikeni almaq istəyən klub 500 milyon avrosundan keçməlidir.

Təzə sözləşmə ilə əlaqədar tezliklə ənənəvi mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, Xerard Pike "Barselona"nın yetirməsi olsa da, 2004-cü ildə İngiltərə "Mançester Yunayted"inə keçib. O, bundan 4 il sonra Kataloniya komandasına qayıdıb və bir daha kollektivi tərk etməyib. 30 yaşlı müdafiəçi "Barsa"da 421 oyunda 36 qol, 8 məhsuldar ötürmə müəllifi olub. 

Xəbər xətti