Murad Bozun Bakıda 400 min dollara gəldiyi toydan görüntülər - Video

14:46 - 18 Yanvar 2018 - MAQAZİN

Müğənni çıxış etdiyi toyu Azərbaycan konserti kimi təqdim edib

Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini yutub kanalında yerləşdirib. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, müğənni rəsmi yutub kanalında verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik yerləşdirib. Ulduz Güləndam Əhmədzadə və Fərrux Həsənovların dəvəti ilə çıxış etdiyi toyu Azərbaycan konserti kimi təqdim edib.
Görüntülərdə Murad Boz bildirib ki, təyyarəni qaçırıb və özünü məclisə güclə çatdırıb. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, Murad Boz Bakıya azərbaycanlı iş adamının xüsusi təyyarəsi ilə gəlib. Bakının bir günlük qonağı olan müğənni toydakı çıxışından 400 min dollar qazanıb.

Yaşar Yusubun idarə etdiyi toyda Fərhat Göçer, rusiyalı müğənni Leonid Aqutin, rusiyalı aparıcı və musiqiçi Valdis Pelş iştirak edib.

Xəbər xətti