Ana səhifə
16 Fevral 2019

Mövlud Çavuşoğlu: "ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir"

 “ABŞ verdiyi sözə əməl etmədi”.

"Ucnoqta.az"  “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNNTürk-ə müsahibəsində deyib.

“ABŞ-ın açıqlamaları bizi tam qane etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, - o vurğulayıb. 

M.Çavuşoğlu bildirib ki, ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir: "Bizim burada opponentimiz ABŞ-dır. Ancaq narahat olduğumuzu hamı, Fransa da bilir. Biz Afrində əlaqəli şəkildə əməliyyat aparacağıq. Bu əməliyyat Rusiyanın oradakı müşahidəçilərinə təsir göstərməməlidir. Biz Əsədin hakimiyyətdən getməsi məsələsində səmimiyik. Ancaq ABŞ-ın da səmimi olması lazımdır". 

Tarix
19 Yanvar 2018 [00:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin