4 uşaq anasını qətlə yetirən atanın — MƏHKƏMƏ İŞİ

13:41 - 18 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlində ittiham olunan 35 yaşlı Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, R. Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin nümayəndələri isə onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş ediblər. 
 

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, qətl hadisəsi Corat qəsəbəsində baş verib. Dörd uşaq anası Xəyalə Həsənova keçmiş əri Ramil Şükürov tərəfindən öldürülüb. R.Şükürov hadisə zamanı Xəyaləyə 17 bıçaq zərbəsi endirib. 

 

İlkin araşdırma zamanı Xəyalənin bir müddət əvvəl ərindən boşandığı məlum olub. 
 

Qətli törədən R.Şükürov özü könüllü olaraq polis idarəsinə gələrək törətdiyi cinayəti etiraf edib.

Xəbər xətti