Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb: ölənlər var

13:34 - 18 Yanvar 2018 - DÜNYA

Ermənistanda Sisian-Şaki yolunda hərbi avtomobil qəzaya uğrayıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, səhər saatlarında "VAZ 2107" ilə "Ural" markalı avtomobillər toqquşub.
 

Qəza nəticəsində VAZ-da olan iki nəfər ölüb, bir nəfər xəstələnib.
 

Faktla bağlı cinayət işi açılıb.
 

"Ural"da olan hərbçiləri digər avtomobillə hərbi hissəyə aparıblar.

Xəbər xətti