Ana səhifə
21 Avqust 2018

Baş redaktorun məhkəməsində zərərçəkənlər dindirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Rasim Bağırov ifadə verib.

 O, H. Vəliyevi tanıdığını, istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini deyib. Bildirib ki, H. Vəliyevə 7300 manat pul verib:"Bir videogörüntü var idi. Onunla bağlı pul vermişəm. Mənə dəymiş zərər ödənilib, şikayətim yoxdur".
 

Zərərçəkmiş Fuad Məmmədov isə ifadəsində bildirib ki, H. Vəliyevə barəsində yazı yazmamaq üçün 2 min manat pul verib. O, dəymiş ziyanın ödənildiyini,şikayət və tələbinin olmadığını deyib. 
 

Zərərçəkmiş Xəyyam Həsənov da ifadə verib. Ona 2 min manat ziyan dəydiyini, həmin ziyanın ödənildiyini deyib. Bildirib ki, qəzetdə onun haqqında məlumat yaymamaq üçün bir nəfərdən Habil Vəliyevə 2 min manat pul göndərib.
 

Rabil Hüseynov adlı zərərçəkmiş isə ifadəsində deyib ki, obyekt işlədib və H. Vəliyevə aylıq pul verib:"Ümumilikdə Habil Vəliyevə 43 min manatdan çox pul vermişəm" . O da dəymiş ziyanın ödənildiyini deyib və şikayəti olmadığını bildirib. 
 

Nofəl Musayev adlı zərərçəkmiş isə ifadəsində deyib ki, otel işlədib və ondan yazmamaq üçün 3 min manat pul verib:"Mənə dəymiş ziyan ödənilib,şikayətim yoxdur". 
 

Proses yanvarın 30-da davam edəcək.
 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.
 

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
 

İş üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Tarix
18 Yanvar 2018 [12:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin