Ana səhifə
18 Noyabr 2018

Leyla Ramazanlıdan yeni Klip

Leyla Ramazanlıdan yeni klip
 

İfaçı Leyla Ramazanlının yeni ildə ilk klipi işıq üzü gördü. Müğənni “Azərbaycan” mahnısına klip çəkdirib.  

Leyla Ramazanlı bizimlə söhbətində bildirdi ki, bu mahnının onun repertuarında xüsusi yeri var: “Hesab edirəm ki, hər bir ifaçının repertuarında “Azərbaycan” mahnısının olması zəruridir. Bilirsiniz ki, mən vətənpərvərlik mövzusunda bir neçə mahnı ifa etmişəm. “Azərbaycan” mahnısı da onların sırasına daxil oldu. Mənim üçün bu mahnının xüsusi yeri var. Yeni klipimə gəlincə klipin rejissorluğunu Nail Naiboğluna həvalə etdim. Onun maraqlı bir rejissor tərzi var. İşlərini çox bəyənirəm”.
 

 
Qeyd edək ki, “Azərbaycan”  mahnısının sözləri Arzu Əsədovun,  musiqisi isə  İsmayıl Əsədovundur.  
 

Klipi bu linkdən izləyə bilərsiniz:

 

Tarix
18 Yanvar 2018 [12:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin