Ana səhifə
20 Avqust 2018

20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım edilib

20 Yanvar şəhidlərinin ailələrinə eləcə də, faciə günündə əlil olmuş şəxslərə dövlət tərəfindən birdəfəlik maddi yardımların göstərilməsi nəzərdə tutulub.
 
"Ucnoqta.az" "APA-Economics"ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
 
Nazirin sözlərinə görə, buna müvafiq olaraq nazirlik üzrə müvafiq əmr olub və həmin əmrə görə 412 nəfər, o cümlədən 115 nəfər “20 Yanvar” şəhidinin ailəsi və 297 nəfər 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər üçün 60 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul olunub.
 
"Həmin vəsaitlər artıq qeyd etdiyim şəxslərin hesablarına köçürülüb. Bununla bərabər, Azərbaycan prezidentinin müvafiq təqaüdü ilə 20 Yanvar şəhidlərinin ailələri aylıq olaraq təmin olunurlar. Təqaüdün məbləği 300 manatdır. Bundan başqa, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslərin də Prezident təqaüdün məbləği Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə əlil olmuş şəxslərin təqaüdü ilə eyni məbləğdədir. Aylıq olaraq həmin məbləğ 297 nəfərin hesabın köçürülür", - deyə nazir vurğulayıb.

Tarix
18 Yanvar 2018 [12:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin