“Ürəyimdə ciddi problemlər var” - Xalq artisti

12:05 - 18 Yanvar 2018 - Xəbər

Xalq artisti Yalçın Rzazadə ATV kanalında yayımlanan “Həyat” verilişinin qonağı olub.


Hacı Nuran Hüseynovun aparıcılıq etdiyi proqramda sənətçi səhhəti barədə açıqlama verib. 
 

Ürəyində problemləri olan 71 yaşlı müğənni həyatı çox sevdiyini bildirib:
 

“Ürəyimdə ciddi problemlər var. Xeyirxah insanlar və dövlətin dəstəyindən narazı deyiləm. Deyirlər ki, insan son dəqiqəsində həyatı kinolent kimi gözünün qarşısına gəlir. Çox düzgün ifadədir. Uşaqlıq illərimdən bu günə kimi hər şeyi xatırladım. Həyatı çox sevirəm Belə bir insan var ki, həyatından doysun”.








 

//Qafqazinfo//

Xəbər xətti