Moskvada qar onlarla reys təxirə saldı

11:44 - 18 Yanvar 2018 - DÜNYA

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib.
 

Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib.
 

Moskvanın digər hava limanlarında – Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.
 

Qeyd edək ki, hazırda Moskavada küclü küləklə müşayiət olunan qarlı hava hökm sürür.

Xəbər xətti