Qazaxıstanda dəhşətli faciə — 52 ölü- Video

11:13 - 18 Yanvar 2018 - DÜNYA

Qazaxıstanda sərnişin avtobusu yanıb.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.
 
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
 
"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
 
Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub. 
 
Yanğının başvermə səbəbləri araşdırılır.

Xəbər xətti