Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırlıq prosesinə yanvarın 9-da start verən Rəşad Sadıqovun komandasına daha 4 futbolçu qoşulub.
Bunlar Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevdi. Qış hazırlıq prosesinə öz klublarının heyətində start verən oyunçular U-21-in düşərgəsində olacaq və yoxlama matçlarında iştirak edəcək.
Tarix
18 Yanvar 2018 [22:10]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin