Millimiz İranla iki yoldaşlıq oyunu keçirəcək

20:55 - 18 Yanvar 2018 - İDMAN

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Joze Alesio Da Silvannın rəhbərlik etdiyi kollektiv yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Xəbər xətti