Ana səhifə
17 Avqust 2018

“Belə sürətli oyun gözləmirdim” - Qurban Qurbanov

“Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissə futbolçular çox istəkli idilər”.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 
Antlayadakı qış təlim-məşq toplanışı çərçivəsində ilk hazırlıq oyununu keçirən ağdamlılar Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb. Tərəflərin hərəyə iki dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.

 
Qurbanov görüşü belə şərh edib: “Düzdü, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərmək istədi”.

Tarix
18 Yanvar 2018 [10:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin