Aİ və Türkiyə rəhbərliyi yüksək səviyyəli görüş keçirəcək

20:06 - 18 Yanvar 2018 - DÜNYA

Avropa İttifaqı və Türkiyə rəhbərliyi martın sonlarında yüksək səviyyəli görüş keçirəcək.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bu barədə “Welt” Brüsselin diplomatik mənbələrinə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, Brüssel Ankara ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Görüşdə müzakirə ediləcək əsas mövzular terrorçuluqla mübarizə, miqrasiya siyasəti, energetika problemləri və ölkələr arasında tələbə mübadiləsi olacaq.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa Şurasının sədri Donald Tusk, Avropa Parlamentinin sədri Antonio Tayani, həmçinin 2018-ci ilin birinci yarısından Avropa İttifaqı Şurasına sədrlik edən Bolqarıstanın baş naziri Boyko Borisovla dövlət rəsmisi kimi görüşü planlaşdırılır.


Görüşün tarixi və yeri hələ müəyyənləşdirilməyib. Ərdoğanın Aİ liderləri ilə son görüşü NATO-nun Brüsseldəki sammitində, ötən ilin mayında baş tutub.

Xəbər xətti