Ana səhifə
22 May 2018

Necdet Ünüvar: 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür

Azərbaycan və Türkiyə bir millət - iki dövlət olduqları üçün 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür.
 

"Ucnoqta.az" xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Trend-ə açıqlamasında deyib ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar gündəmdən kənar çıxışı zamanı bildirib.
 

N.Ünüvar qeyd edib ki, türklər heç vaxt heç kimə qarşı soyqırım törətməyiblər, lakin buna baxmayaraq türk toplumlar zaman-zaman müxtəlif soyqırımlara məruz qalıblar: “20 yanvar və Xocalı faciəsi bu qanlı soyqırımlardandır”.
 

Millət vəkili deyib ki, əslində qərb Azərbaycanın gerçəklərini, Azərbaycanın torpaqlarının işğal olunmasını və bir milyondan çox qaçqın olmasını anlamalı idi, lakin təəssüflər olsun ki, bir çox hallarda olduğu kimi bu məsələdə də qərb ikili standartlardan çıxış edir.
 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Tarix
18 Yanvar 2018 [10:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin