Ana səhifə
22 Oktyabr 2018

5 gün sonra ad günü olacaqdı...- Xalq artisti vəfat etdi

Bu gün  xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. Bu barədə “Qafqazinfo”ya rəqqasın nəvəsi Kərim Qambayzadə  məlumat verib. 

 

"Ucnoqta.az" xəbər verir ki, Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq. 

Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.

Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb.

Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə  təmsil edib.

O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb. 

Tarix
17 Yanvar 2018 [16:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin