Ehtiyatlı olun! Yeni virus aşkar edilib

14:23 - 17 Yanvar 2018 - Xəbər

“Kasperski laboratoriyası”nın mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda yeni təhlükəli virus aşkar edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, “Skygofree” virusu telefon danışıqlarını yazmağa, sms-ləri və “WhatsApp” mesajlarını oğurlamağa, GPS məlumatlarını və təqvimdə qeyd olunan hadisələri oğurlamağa qadirdir.
 

Bu virus “internet sürətini yoxlamaq” təklifi ilə bəzi saytlar tərəfindən təqdim olunur.
 

Mütəxəssislər “Skygofree” virusunun “Android” sistemində mövcud olmuş ən güclü viruslardan biri olduğunu bildirir.

Xəbər xətti