Ermənilərə görə Meksikadan Rusiyaya uçuş ləngidi

14:10 - 17 Yanvar 2018 - DÜNYA

Rusiyanın “Rossiya” aviaşirkətinin Meksikanın Kankun şəhərindən Moskvaya uçmalı olan reysi erməni vətəndaşları ilə əlaqədar ləngiyib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Meksikanın hüquq-mühafizə orqanları 4 Ermənistan vətəndaşının deportasiyasını tələb edib.
 

Bununla əlaqədar, təyyarənin uçuşu bir neçə saatlıq ləngiyib. Daha sonra hava limanı uçuşa icazə verməyib. Nəticədə təyyarənin Moskvaya bu gün axşam saatlarında uçacağı planlaşdırılır.
 

Ermənistan vətəndaşlarının daha əvvəl ABŞ-dan sığınacaq istədikləri məlum olub. Hazırda hadisə ilə bağlı təfərrüatlar araşdırılır.

Xəbər xətti